Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib.
Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətdə deyib.
"Azərbaycan yerləşdiyi bölgədə – Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün ardıcıl və konstruktiv addımlar atır. Qarşıya qoyulan əsas hədəflərdən biri isə regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Bu istiqamətdə görülən məqsədyönlü işlərin gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunur." , - Prezident bildirib.
Prezident qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ-nin şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamə ölkələrimiz arasında uzun illər davam edən münaqişəyə son qoyulması və sülh sazişinə gedən yolda mühüm tarixi addım kimi dəyərləndirilir.
Cənubi Qafqazda əmin-amanlığın tam bərqərar olunması isə yalnız region üçün deyil, eyni zamanda Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün də yeni əməkdaşlıq imkanları açacaq.