AZ

Hərbi jurnalist və yazıçı Şəmistan Nəzirli dəfn edildi

BAKI, 21 sentyabr. TELEQRAF

Hərbi jurnalist və yazıçı Şəmistan Nəzirli Bakıda, Bülbülə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Teleqraf xəbər verir ki, dəfn mərasiminə mərhumun ailə üzvləri, Qazax Xeyriyyə İctimai Birliyinin nümayəndələri və bir sıra yazıçı və jurnalistlər qatılıb.

Məlumat üçün bildirək ki, 83 yaşlı polkovnik-leytenant ötən gün ADA Universitetinin Qazax filialında keçirilən tədbir zamanı qəfil dünyasını dəyişib.

Seçilən
35
14
teleqraf.com

10Mənbələr