Ermənistanda müxalif "Ana Ermənistan" bloku yeni siyasi partiyanın yaradıldığını elan edib.
Musavat.com xəbər verir ki, blokun lideri Andranik Tevanyan təsis qurultayında partiyanın adının "Dubinka" (dəyənək) olacağını açıqlayıb. O bildirib ki, ad "Mair Hayastan" (Ana Ermənistan) ifadəsinin ilk hecalarından götürülüb.
Tevanyanın sözlərinə görə, partiyanın rəmzi üzərində Ermənistanın üçrəngli bayrağı təsvir olunan dəyənəkdir. O vurğulayıb ki, bu "qorxulacaq" bir simvol deyil: "Bu, sevgi və dözümlülük dəyənəyidir. Siyasətdə isə məcazi mənada qayda-qanun yaratmaq, siyasi meydanı təmizləmək üçün vasitədir".
Yeni partiyanın yaxın aylarda aktiv siyasi fəaliyyətə başlayacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31