AZ

İlham Əliyev: Müasir çağırışların həlli dövlətlərin birgə səylərini tələb edir

Dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər meydana çıxır.

Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətdə deyib.

"Dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər meydana çıxır. Müxtəlif bölgələrdə silahlı toqquşmalar humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə yol açır. Bundan başqa, beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların fəallaşması, kibertəhdidlərin artması qlobal riskləri daha da artırır." , - deyə Prezident bildirib.

Prezident qeyd edib ki, dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı beynəlxalq təhlükəsizlik sistemini ciddi şəkildə sarsıdır.

Seçilən
15
operativmedia.az

1Mənbələr