AZ

"Mersedes"in pilotu: "Bakıda podiuma çıxdığım üçün çox şadam"

"Mersedes"in pilotu Corc Rassel "Formula-1" üzrə Azərbaycan Qran-Prisindəki çıxışını müsbət dəyərləndirib.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, Bakı Şəhər Halqasında təşkil olunan yarışı ikinci sırada bitirən britaniyalı sürücü bunu öz açıqlamasında deyib.

O, üçüncü olan sabiq komandası "Uilyams"ın üzvü Karlos Saynsı təbrik edib: "Onlar əla nəticə qazandılar. Bu, bizim üçün də əla nəticədir – yenidən podiuma çıxdığım üçün şadam. Şəxsən mənim üçün çox çətin bir həftə sonu oldu, lakin bolidimdən tam razıyam. Komanda yoldaşım Kimi Antonelli dördüncü oldu, buna görə də çox məmnunam. Mühəndislər Kubokunda "Ferrari"ni üstələmək istəyirik. Bu gün biz bu istiqamətdə böyük bir addım atdıq”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisini "Red Bull"un pilotu Maks Ferstappen qazanıb.

İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr