Biləsuvar rayonunda sükan arxasında ölən sürücünün avtomobili maneəyə çırpılıb.
Leqal.info xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində baş verib.
Kənd sakini, 53 yaşlı Mirzə Mirzəyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən halı pisləşib. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Hadisə yerində ölən sürücünün, ilkin ehtimallara görə ürək tutmasından vəfat etdiyi bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta