AZ

Azərbaycan paraüzgüçüsü Sinqapurda dünya çempionu olub

Üç qat paralimpiya çempionu Raman Salei (S12 kateqoriyası) Sinqapurun eyniadlı paytaxtında keçirilən paraüzgüçülük üzrə dünya çempionatının qalibi olub...

Bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

İdmançı yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanıb.

Qeyd edək ki, dördüncü dəfə dünya çempionu olan R.Salei sentyabrın 27-nə qədər davam edəcək yarışda 100 metr məsafəyə sərbəst, "butterfly" (kəpənək) və 50 metr məsafəyə sərbəst üzmə üsullarında da mübarizə aparacaq.

Poliqon.info

Seçilən
1
15
poliqon.info

10Mənbələr