Formula 1 üzrə Azərbaycan qran-prisinin qalibi bəlli olub.


Rekord.az xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.


Niderlandlı sürücü ikinci dəfə Bakıda qələbə sevinci yaşayıb.


O, daha əvvəl 2022-ci ildə də Azərbaycan qran-prisində treki birinci pillədə başa vurub.


"Mercedes"dən Corc Rassell ikinci, “Uilyams"dan Karlos Sayns üçüncü olub. Rassellin komanda yoldaşı Andre Kimi Antonelli dördüncü yeri tutubsa, "Reysinq Bulls"dan Liam Louson "beş-liy"i tamamlayıb.


Bu yarışda "Maklaren" pilotu Oskar Piastri uğursuzluqla üzləşib. Onun idarə etdiyi bolid səddə dəyib. Avtomobil trasdan götürülüb.