AZ

Avstraliya Fələstin dövlətini tanımaq niyyətindədir

Avstraliya yaxın zamanda Böyük Britaniya və bir sıra Avropa ölkələrinin ardınca Fələstin dövlətini tanımaq qərarını açıqlayacaq.

Far.Az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı adının çəkilməsini istəməyən yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Məlumata görə, Avstraliya sözügedən bəyanatı Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində elan etməyi planlaşdırır.

Xatırladaq ki, bundan əvvəl mətbuatda Böyük Britaniyanın da Baş Assambleyanın yüksək səviyyəli həftəsi başlamazdan əvvəl Fələstin dövlətini tanımaq niyyətində olduğu bildirilmişdi.

Nəşrin yazdığına görə, Avstraliya bu addımı ABŞ-ın etirazlarına baxmayaraq atır. "Biz onlara bunun məqsədəuyğun olmadığını bildirdik", – deyə məqalədə qeyd olunub.

Seçilən
6
far.az

1Mənbələr