İsrailin Baş naziri Benyamin Netanyahu Suriya ilə aparılan danışıqlarda müəyyən nəticələrin əldə olunduğunu bildirib.
Musavat.com xəbər verir ki, Netanyahu çıxışında Livanda “Hizbullah”a qarşı qazanılan qələbənin regionda yeni imkanlar açdığını vurğulayıb: “Livanda ‘Hizbullah’a qarşı əldə etdiyimiz qələbə elə fürsətlər yaratdı ki, biz bunları xəyal belə etmirdik. Bu, şimal qonşularımızla – Suriya ilə sülh imkanı da daxil olmaqla, yeni perspektivlər açır”, – deyə İsrail baş naziri qeyd edib.
Baş nazirin bu açıqlaması İsrail-Suriya münasibətlərində mümkün yumşalmanın siqnalı kimi qiymətləndirilir.
Musavat.com