AZ

Ağdamda antiterror şəhidlərinin xatirəsi anıldı - FOTOLAR

Ağdamda antiterror şəhidlərinin xatirəsi anılıb.

"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının müavini Xəqani Nəzərov, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev və aparatın əməkdaşları Ağdam rayonunun Quzanlı qəsəbə Şəhidlər Xiyabanında, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov isə Mingəçevir şəhərində antiterror əməliyyatı şəhidlərinin anım mərasimində iştirak ediblər. 

Ağdam rayonunun Papravənd kəndindən olan, antiterror əməliyyatı zamanı şəhid olmuş Səfərov Gökhan İlqar oğlunun Mingəçevir şəhərində keçirilən anım mərasimində iştirak edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Gökhan Səfərov 2023-cü il sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Gökhan Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov eyni zamanda əslən Ağdam rayonunun Çəmənli kəndindən olan Mingəçevir şəhər qeydiyyatlı Vətən müharibəsi şəhidləri Həsənov Tural Tapdıq oğlu və Həsənov Musa Tapdıq oğlu qardaşlarının məzarlarını ziyarət etmiş, valideynləri ilə görüşmüşdür.

Seçilən
14
unikal.az

1Mənbələr