Misli Premyer V turunda “Sumqayıt” “Neftçi”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, matça hər iki komanda itkilərlə çıxacaq. Ev sahibi “kimyaçılar”ın əməliyyat olunan futbolçusu Ayxan Süleymanlı meydana çıxa bilməyəcək.
“Neftçi”də isə zədəli olan Alessio Kurçi sıraya dönüb. Onun meydana çıxıb-çıxmayacağına baş məşqçi qərar verəcək. Braziliyalı mərkəz müdafiəçisi İqor Ribeyro isə cəzalı durumdadır.
Qeyd edək ki, sentyabrın 21-də baş tutacaq “Sumqayıt” – “Neftçi” görüşünün start fiti 19:30-da səsləndiriləcək.