AZ

Skuter, moped və velosiped sürənlərə xəbərdarlıq edildi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində ikitəkərli nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, xəbərdarlıqda bildirilir:

"Yağıntılı, eləcə də küləkli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadə xüsusilə təhlükəli olur.

Yol örtüyünün sürüşkənliyi, sürücülərin görmə imkanlarının məhdudlaşması, küləyin təsiri və balansın asanlıqla itirilməsi qəza riskini dəfələrlə artırır. Belə şəraitdə bu nəqliyyat vasitələrinin idarə olunması həm istifadəçilərin özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

Seçilən
13
38
publika.az

10Mənbələr