Ötən gün keçirilən "Qəbələ" - "Kəpəz" matçı (3:0) Ziya Şəkərxanov üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı futbolçu "qırmızı-qaralar"ın heyətində debüt edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Beləliklə, bu mövsüm "Qəbələ"nin heyətində Premyer Liqada debüt edən futbolçuların sayı 4-ə çatıb. Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov və Süleyman Damadayev də elitada ilk oyunlarını keçiriblər.