AZ

Ukraynada 20 milyon nəfərin şəxsi məlumatları sızdırılıb

"Ukraynada 20 milyon nəfərin şəxsi məlumatlarının genişmiqyaslı sızması baş verib"...

Oxu.Az bildirir ki, bu barədə Ukraynanın xalq deputatı Aleksandr Fediyenko sosial şəbəkə hesablarında məlumat verib.

Onun sözlərinə görə, "diia_users_db_2025" adlı fayl şəbəkədə pul qarşılığında təklif olunur.
Bildirilir ki, arxivdə vətəndaşların məlumatları toplanıb, məlumat bazasının həcmi təxminən 20 milyon sətirdir.
Bunların yalnız məhdud hissəsinə giriş var, tam hissəsi isə satın almaq üçün təklif olunur.

Deputat vurğulayıb ki, bazada, o cümlədən tanınmış siyasətçilərin telefon nömrələri var.
Fediyenko təcili olaraq bütün yerlərdə parolları dəyişdirməyi, ikifaktorlu autentifikasiyanı aktivləşdirməyi və mümkünsə, maliyyə nömrələrini dəyişdirməyi məsləhət görür.

Poliqon.info

Seçilən
5
5
poliqon.info

8Mənbələr