AZ

Gəncədə 18 yaşlı gənc döyülərək yol kənarına atıldı

Tərtər rayonunun Şırxarx qəsəbə sakini, 2007-ci il təvəllüdlü Fərid Qasımzadə döyülüb və Gəncə şəhərində yol kənarına atılıb.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən gəncə ilkin tibbi yardım göstərilib.

İlkin məlumatlara görə, F. Qasımzadə tanımadığı şəxs və ya şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
7
17
sherg.az

10Mənbələr