AZ

Azərbaycan rəqsini təbliğ etdiyi üçün həbs edildi

Güneyli mədəni fəal və Azərbaycan rəqsini təbliğ edən Peyman İbrahimi Təbriz İstintaq İdarəsinin 15-ci bölməsinə çağırıldıqdan sonra həbs olunaraq zindana atılıb.

Publika.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Onun həbsi "dövlət quruluşuna qarşı təbliğat aparmaq" ittihamı ilə əsaslandırılıb.

Qeyd edək ki, Peyman İbrahimi 2023-cü il avqustun 27-də atasının evində saxlanılmış, iki aydan artıq həbsdə qaldıqdan sonra zaminə buraxılmışdı.

Seçilən
33
5
publika.az

7Mənbələr