AZ

Generalın ordudan müəmmalı gedişi: Putin onu niyə məhz Tatarıstana göndərdi?

Rusiya ordusunun general-polkovniki Aleksandr Lapin hərbi xidmətdən uzaqlaşdırılıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə RBC öz “Telegram” kanalında kadr qərarı ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Lapin Tatarıstan rəhbərinin köməkçisi təyin olunacaq. Bundan başqa, general-polkovnik Yevgeni Nikiforovun Leninqrad Hərbi Dairəsinin komandiri təyin edildiyi bildirilib.

2022-ci ildə Lapin Mərkəz qrupuna və Mərkəzi Hərbi Dairəyə komandanlıq edib. Daha sonra o, Baş Qərargah rəisi və Quru Qoşunları Ali Baş Komandanının birinci müavini vəzifələrinə keçirilib. Daha sonra Şimal qrupuna komandanlıq edib və Leninqrad Hərbi Dairəsinin komandanlığı ona həvalə olunub.

Lakin 1964-cü ildə Tatarıstan paytaxtı Kazanda anadan olub. Onun hərbi xidmətdən kənarlaşdırılması və məhz Tatarıstana göndərilməsinin səbəbləri hələlik müəmmalıdır.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr