Formula 1 Azərbaycan Qran-prisində əsas yarış bir az əvvəl start götürüb.
Offsideplus.az xəbər verir ki, artıq yarışın əvvəlində qəza yaşanıb və təhlükəsizlik maşını daxil olub.
"Maklaren"in pilotu Oskar Piastri əvvəlcə yaxşı start ala bilməyib, daha sonra isə bariyerlərə girib. Avstraliyalı pilot üçün yarış başa çatıb.
Qeyd edək ki, O. Piastri hazırda çempionatın lideridir.
Qəza anının görüntülərini sizə təqdim edirik: