AZ

Rafiq Hüseynov Dünya Güləş Birliyinin konfransda təqdimatla çıxış edib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 sentyabr, AZƏRTAC

Dünya Güləş Birliyinin (UWW) növbəti konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan da daxil olmaqla 4 ölkənin federasiya nümayəndələri çıxış edib. Onlar ölkələrində güləşin inkişaf yolunu və strategiyalarını təqdimatla iştirakçılara çatdırıblar.

Onların arasında Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə koordinatoru Rafiq Hüseynov da yer alıb. O, çıxışının əvvəlində müstəqillik illərində güləşdə qazandığımız uğurlardan danışıb. Qeyd edib ki, bu müddət ərzində Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında 1434 medal qazanılıb. Bunların 28-i Olimpiadalarda, 478-i dünya, 928-i isə Avropa çempionatlarında əldə edilib. Təqdimatda ölkəmizin güləş arealının genişliyinə toxunan R.Hüseynov bir çox titullu güləşçimizin bölgələrdə yetişdiyini xüsusilə qeyd edib.

Federasiya rəsmisi bildirib ki, güləş zəngin ənənələrinə görə ölkəmizdə sevilən idman növlərindən biridir: “Bu ənənə nəsildən-nəsilə uğurla ötürülür. Sözsüz ki, qazanılan uğurlarda dövlət dəstəyinin böyük rolu var. Müasir infrastruktur, sabit maliyyələşmə və güclü idman institutları mövcuddur. Güləşin inkişafına Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin dəstəyi də əvəzsizdir”.

AGF-nin strategiyasında məşqçilərin peşəkarlığının artırılması, istedadların aşkarlanması, yüksək səviyyəli təlim-məşq toplanışlarında iştirak, beynəlxalq yarışlarda davamlı uğurların qazanılması və titullu idmançıların gələcək fəaliyyətinin bu və ya digər formada güləşlə əlaqələndirilməsinin miras rolunu oynaması prioritet təşkil edir.

Buna qədər ölkəmizdə çoxlu sayda mötəbər idman tədbirlərinin keçirildiyini bildirən R.Hüseynov AGF-nin UWW və bütün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
5
azertag.az

6Mənbələr