AZ

"MI5" millət vəkillərini casusluqdan qorunmaq üçün hərəkətə keçdi

Böyük Britaniyanın əks-kəşfiyyat agentliyi "MI5" parlamentarilər üçün xarici müdaxiləyə qarşı məsləhətlər yer alan bələdçi kitabı nəşr etməyi planlaşdırır.

"Ölkə.az" xəbər verir ki, bu barədə "The Sunday Times" məlumat yayıb.

Milli Mühafizə və Təhlükəsizlik Agentliyi (MI5-in bölməsi) tərəfindən hazırlanan sənəd yüksək riskli hesab edilən şəxslər üçün nəzərdə tutulub. Nəşrdə parlamentarilər üçün düşmən dövlətlərin təhdidləri barədə xəbərdarlıq və ehtiyat tədbirləri yer alacaq.

Eyni zamanda kitabda köməkçilərin işə götürülməsi, sosial media davranışı və beynəlxalq səyahətlə bağlı tövsiyələr daxildir.

Bələdçi ümumi xarakter daşısa da, qəzetin mənbələri qeyd edib ki, London Çin və Rusiyanı əsas təhlükə mənbəyi hesab edir.

Seçilən
11
4
olke.az

5Mənbələr