AZ

Lando Norris: “Qələbə şansıma əmin deyiləm, lakin podium uğrunda mübarizə aparaca”

"Azərbaycan Qran-prisində qələbə qazanacağımı gözləmirəm, lakin əsas diqqətim podium üçün mübarizəyə yönəldəcəm".

İdman.biz xəbər verir ki, bunu “McLaren”in britaniyalı pilotu Lando Norris bildirib.

O vurğulayıb ki, Maks Ferstappeni məğlub edə biləcək templəri var. "O, bütün həftəsonu sürətlidir və favoritdir. Amma mən üçlükdə yer almağa çalışacağam. Önümüzdə bir neçə maşın var ki, düzgün mövqedə deyillər, amma burada ötüşmək çox çətindir. Bundan əlavə, mən yüksək yanacaq yükləməsi ilə yarış keçirməmişəm və uzun dövrələrdə necə hərəkət edəcəyimi hələ öyrənməliyəm”.

Qeyd edək ki, bu gün keçiriləcək əsas yarışda Norris 7-ci mövqedən start götürəcək. Pilot bildirib ki, onun əsas məqsədi bu şansı maksimum dərəcədə dəyərləndirmək və liderlər arasında mövqeyini qorumaqdır.

Mənbə: İdman.biz

Seçilən
6
1
idman.biz

2Mənbələr