AZ

Salyan Rayon Mərkəzi Xəstəxanasında təmir işləri üçün 39 min manatlıq müqavilə bağlanıb

“Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən cari təmir işlərinin satın alınması ilə bağlı elan edilən tenderin qalibi məlum olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “ASN Construction” MMC olub və müqavilənin dəyəri 39.629,36 AZN təşkil edir.

Şirkət xəstəxananın əsas korpusunun birinci mərtəbəsində, elektrik transformatoru yerləşən binada, nasosxana binasında və doğum evinin binasında təmir işləri həyata keçirəcək.

Qeyd edək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır. “ASN Construction” MMC-nin qanuni təmsilçisi isə Hüseyn Məmmədov Zahid oğludur.

Seçilən
1
1
nocomment.az

2Mənbələr