AZ

Qarabağ Kayrat dan güclüdür, amma heç bir klubun pley offa yüksəlmək şansı yoxdur Rusiya millisinin sabiq çalışdırıcısı

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyalı mütəxəssis Sergey Kiryakov "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək şanslarını dəyərləndirib.

Sportal.az "Чемпионат"a istinadən xəbər verir ki, 55 yaşlı məşqçi Ağdam klubunun Portuqaliyada "Benfika" üzərində qələbəsini gözlənilməz adlandırıb:

"Təbii ki, “Qarabağ”ın “Benfika” üzərində 3:2 hesablı qələbəsindən sonra "Kayrat"dan da sensasiya gözləməyə dəyməzdi. Çempionlar Liqasında klublar indi "Qarabağ"a qarşı daha diqqətli və ciddi yanaşacaqlar. Fikrimcə, Azərbaycan klubunu bundan sonra daha çətin oyunlar gözləyir. "Qarabağ" "Kayrat"dan güclüdür. Lakin heç bir klubun pley-offa yüksəlmək şansı olmayacaq".

Kiryakov SSRİ və Rusiya millisinin, həmçinin “Dinamo”(Moskva), “Karlsrue”, “Hamburq”(hər ikisi Almaniya) klublarının sabiq forvardıdır. O, məşqçi kimi Rusiyanın U-17 və U-21 yığmalarını, həmçinin “Arsenal”(Tula) və “Leninqradets” klublarını çalışdırıb.

 

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
sportal.az

2Mənbələr