AZ

Naxçıvanda dağlıq ərazilərdə qar yağmağa davam edir - VİDEO

Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərinə qar yağmağa davam edir.

APA xəbər verir ki, sentyabrın 21-də muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Sentyabrın 21-i saat 12:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti olub. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin verdiyi məlumata əsasən Şahbuz, Culfa və Ordubad rayonun yüksək dağlıq ərazilərinə qar yağır.

Seçilən
11
9
apa.az

10Mənbələr