AZ

Qvardiola futbol tarixinin ən yaxşı baş məşqçisinin adını dedi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbol tarixinin ən yaxşı məşqçisinin adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis "Mançester Yunayted"in keçmiş baş məşqçisi Ser Aleks Ferqyusonu bu ada layiq hesab edir.

"World Soccer Talk" Qvardiolanın dediklərini belə çatdırıb: “Bir çox böyük məşqçilər var, amma titulların sayına görə ən yaxşısı Ser Alex Fergusondur. Onun işlədiyi müddətə, komandaları yenidən qurmaq bacarığına, kuboklara baxsanız...Adımın onunla yanaşı çəkilməsi mənim üçün artıq kifayətdir".

Qeyd edək ki, Ferqyuson “Mançester Yunayted”də işlədiyi müddətdə 13 Premyer Liqa, 5 İngiltərə Kuboku və 2 Çempionlar Liqası kuboku qazanıb. O, "qırmızı şeytanlar"ı 1986-2013-cü illər aralığında çalışdırıb.

Mirağa

Seçilən
12
1
fanat.az

2Mənbələr