AZ

Ukrayna kəşfiyyatından ŞOK ƏMƏLİYYAT: Krımda 3 helikopter və radar məhv edildi – VİDEO

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin pilotsuz uçan aparatları Krımda növbəti uğurlu əməliyyat həyata keçirib.

Bu barədə UNİAN məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukraynanın “Prizrak” xüsusi təyinatlı dəstəsinin əməliyyatları nəticəsində Rusiya Hərbi Hava Qüvvələrinin yarımadadakı donanması zərər görüb.

Məlumata əsasən, əməliyyat zamanı Rusiyaya məxsus 3 çoxməqsədli “Mi-8” helikopteri və “55J6U Nebo-U” radarı tamamilə məhv edilib. Kəşfiyyatçılar həmçinin məhv edilmiş helikopterlərdən birinin qalıqlarını əks etdirən görüntüləri də yayıblar.

Bu, Krımda baş verən bir sıra uğurlu əməliyyatların davamıdır. Avqust ayında Ukrayna qoşunları S-400 “Triumf” hava hücumundan müdafiə sisteminin 91N6E radarını məhv edib.

Daha sonra Ukraynanın “Neptun” raketləri Armyansk yaxınlığında altı rus hərbi qayığını zərərsizləşdirib və bir hərbçinin həlak olması ilə nəticələnib. Sentyabrın əvvəlində isə Müdafiə Qüvvələri Krımda Rusiyanın iki “Mi-8” helikopteri və yedək gəmisini məhv edib.

Musavat.com

Seçilən
20
3
editor.az

4Mənbələr