AZ

Uçquna düşən aktyor faciədən son anda qurtuldu

Məşhur rusiyalı aktyor Nikita Koloqrivi Dağıstanda daş uçqununa düşüb.

Publika.az xəbər verir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb.

"Aktyor hazırda dağlıq ölkə olan Dağıstanda çəkiliş aparır. Onun avtomobili serpantin yol ilə hərəkətdə olarkən sürüşmə baş verib. Daşlarla dolu olan torpaq yola tökülüb. Nikita yolu təmizləyərkən daşlardan biri aktyora dəyib", - Telegram kanalı yazıb.

Koloqrivinin ciddi xəsarət almadığı bildirilir. Yayılan videoda aktyorun ayağından zədə aldığı görünür.

Seçilən
20
8
publika.az

9Mənbələr