AZ

Sabiq direktor Lamiyə İlhamsoyla bağlı iddialar təsdiqini tapmadı

ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.

"2025-ci ilin mart ayında bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Pirallahı rayonu 231 nömrəli tam orta məktəbin sabiq direktoru Lamiyə İlhamsoy barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Xüsusilə, “Məktəb direktoru Lamiyə xanım 600 manatlıq qızılı özünə yaraşdırmayıb müəllimləri təhqir etdi” sərlövhəli yazı, eləcə də “direktor kollektivdən pul tələb edib” məzmunlu iddialar ictimai müzakirələrə səbəb olmuşdu.Məlumat üçün bildiririk ki, yayılan bu iddialarla bağlı Pirallahı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 206 və 207.1.1-ci maddələrinə uyğun olaraq 09 aprel 2025-ci il tarixində “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən:Mediaya yayılan ittihamların heç biri təsdiqini tapmamışdır".Newscenter.az xəbər verir ki, bu fikirlər Lamiyə İlhamsoyun açıqlamasında yer alıb. Bildirilib ki, direktor tərəfindən məktəb kollektivindən hər hansı pul və ya hədiyyə tələb olunmadığı rəsmi qaydada təsdiqlənmişdirİddialarda adı çəkilən qızıl əşyası hələ 2023-cü ilin martında təqdim edilmiş, lakin Lamiyə İlhamsoy tərəfindən qəbul edilməyərək geri qaytarılmışdır.Mediaya təqdim edilən səs yazısının montaj edildiyi, bəzi hissələrinin kəsildiyi müəyyən edilmişdir.Beləliklə, yayılan materialların qərəzli xarakter daşıdığı və ictimaiyyətdə yanlış təsəvvür yaratmaq məqsədi güddüyü açıq şəkildə sübuta yetirilmişdir."Cəmiyyətin diqqətinə çatdırırıq ki, Lamiyə İlhamsoy barəsində yayılan məlumatlar əsassızdır və rəsmi şəkildə təkzib olunmuşdur. Kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən obyektiv və dəqiq məlumatların işıqlandırılmasına riayət olunmasını xahiş edirik",-deyə açıqlamada qeyd edilir.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
newscenter.az

2Mənbələr