AZ

“Evində yer var?” Azarkeşə bu sözü deyən Baş məşqçi istefaya göndərildi

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının 5-ci turunda “Qəbələ” Futbol Klubu (FK) öz meydanında “Kəpəz”FK-nı 3 qolla məğlub edib.

Mia.az bildirir ki, bu gün səhər “Kəpəz”in baş məşqçisi Adil Şükürov istefaya göndərilib.

Lakin onun qovulmasının səbəbi məğlubiyyət deyil. Bildirilir ki, baş məşqçi oyundan sonra azarkeşi təhqir etdiyinə görə vəzifəsindən kənarlaşdırlıb. Belə ki, məğlubiyyət səbəbiylə azarkeşlər baş məşqçiyə “İstefa ver, çıx, evinə get”, - deyib. O, da cavabında oyundan sonra azarkeşə yaxınlaşaraq “Sən mənə “get evə” deyirsən? Evində yer var?” deyib.

Bu gün artıq A.Şükürovun istefa xəbəri gəlib.

Futbol oyunlarında məğlubiyyətdən sonra azarkeşlərin komanda üzvlərini və ya baş məşqçini, hətta klub prezidentini istefaya çağırması normal təpki sayılır. Bəzi ölkələrdə bu, hətta söyüşlə müşayiət olunur.

Məsələn, Avroliqa oyunları zamanı uduzan “Fənərbaxça” azarkeşləri “Formanı çıxarın, evinizə gedin” demişdi. Yaxud elə bu yaxınlarda transfer etmədiyinə görə “Qarabağ”ın prezidenti Tahir Gözəli də azarkeşlər “istefa”ya səsləmişdi.

Yeri gəlmişkən, Premyer Liqanın bu mövsümünü “Kəpəz” çox uğursuz başlayıb. 5 oyunda 16 qol buraxan və heç bir xal qazanmayan komanda turnir cədvəlində sonuncu yerdə dayanır. 

Baş məşqçi Adil Şükürov da komandaya yeni təyin edilmişdi. O, bu ilin iyununda həmkarı Azər Bağırovu əvəz edib. Ümumiyyətlə, Şükürov A.Bağırovdan əvvəl bu posta çalışırdı. O, 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə komandanın baş məşqçisi olub. Bir il əvvəl onu vəzifəsindən kənarlaşdıran klub rəhbərliyi sonra yenə fikrini dəyişərək Şükürovu postuna geri qaytarmışdı. Adil Şükürov Gəncə klubunda həm də futbolçu olub. O, 1999/2000 mövsümündə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medalını və Azərbaycan Kubokunu qazanıb.

  Qeyd edək ki, klubun ötən il üçün gəliri 3 milyon 711 min 300 manat olub. Sponsorlardan daxilolmalar – yəni, reklam gəlirləri 59 min 800 manat, sair gəlirlər 127 min 900 manat, Futbolun İnkişafı Fondundan daxilolmalar 3 milyon 109 min 700 manat, UEFA-nın həmrəylik və pul mükafatları 413 min 900 manat təşkil edib. Klub tərəfindən əmək haqları və mükafat xərclərinə 2 milyon 198 min 800 manat ayrılıb.

Premyer Liqada  "Kəpəz" ən böyük uğurlarını 1993-2003-cü illərdə klubun baş məşqçisi olmuş Mehman Allahverdiyevin rəhbərliyi altında qazanıb. Gəncə təmsilçisi bu dönəmdə 3 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

Hə, sonda xatırladım: klub 1959-cu ildə Gəncə şəhərində yaradılıb.

Zülfiyyə Mustafayeva

Mia.az

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
mia.az

1Mənbələr