BAKI, 21 sentyabr. TELEQRAF
Şirvan şəhərində ümumi sahəsi 60 m² olan obyektə bitişik sahəsi 30 m² talvarın taxta atmaları və altında 6 ədəd stul yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bitişik obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.