AZ

Glass Animals və Martin Garrix Bakıda səhnə aldı

BAKI, 21 sentyabr. TELEQRAF

Dünən axşam Formula 1 Qatar Qran Prisi 2025 çərçivəsində məşhur indie-rok qrupu Glass Animals Bakı Kristal Zalı səhnəsinə çıxdı. Qrup ilk dəfə Bakıda çıxış edərək tamaşaçılara sevilən mahnılarını təqdim etdi. Solist şəhərdə qarşılaşdıqları insanların qonaqpərvərliyini qeyd edərək Bakıya yenidən qayıtmaq istədiklərini bildirdi.

Daha sonra səhnəyə tanınmış DJ və prodüser Martin Garrix çıxdı. Onun ifasında məşhur treklər səsləndi, şou isə vizual effektlərlə müşayiət olundu. Garrix-in çıxışı paytaxt tamaşaçıları tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Minlərlə insanın iştirak etdiyi konsert Formula 1 Azərbaycan Qran Prisinin mədəniyyət proqramının əsas tədbirlərindən biri oldu.

Seçilən
23
6
teleqraf.com

7Mənbələr