AZ

Rusiya Ukrayna logistikasına qarşı yeni dron hücumları həyata keçirir

BAKI, 21 sentyabr. TELEQRAF

Rusiya son aylarda Ukrayna logistikasını hədəfə almaq üçün yeni dron taktikasından istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.

Bildirilib ki, əvvəllər təhlükəsiz sayılan, Rusiya mövqelərindən 32 km uzaqdakı yollar indi mütəmadi hücumlara məruz qalır.

Ukrayna hərbçiləri antidron şəbəkələri qurur, əsasən gecələr hərəkət edir və yük maşınları əvəzinə kiçik avtomobillərdən istifadə edirlər. Lakin hücumlar ön xətdə su, sursat və canlı qüvvə çatışmazlığını daha da artırır.

Məlumata görə, böyük dronlar cəbhədən uzağa uçaraq kiçik partlayıcı PUA-lar buraxır və siqnal ötürücü rolunu oynayır. Bu isə hərəkətdə olan hədəflərə qarşı artilleriyadan daha dəqiq zərbə imkanı verir.

Qeyd edilib ki, sursatın çatdırılması gecikir, yaralıların təxliyəsi isə xeyli çətinləşib. Tibb işçilərinin sözlərinə görə, yolların pis vəziyyəti də yaralılara vaxtında yardım göstərməyə mane olur.

Seçilən
32
teleqraf.com

1Mənbələr