AZ

Dünya çempionatı: Azərbaycan güləşçisi final görüşünə çıxacaq

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatına yekun vurulacaq.

News24.az xəbər verir ki, turnirin sonuncu günündə Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) final görüşünə çıxacaq.

22 yaşlı idmançı iranlı Səid Esmaili ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən daha öncə Ülvi Qənizadə (72 kq) dünya çempionu olub, Eldəniz Əzizli (55 kq) ilə Murad Əhmədiyev isə (97 kq) bürünc medal qazanıblar.


Seçilən
57
3
news24.az

4Mənbələr