AZ

Tramp Avropaya Rusiyadan neft alışı ilə bağlı xəbərdarlıq etdi

BAKI, 21 sentyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini Rusiyadan neft almağı dayandırmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“Avropalılar Rusiyadan neft alır – bu, yolverilməzdir, elə deyilmi?” – Tramp vurğulayıb.

Məlumata görə, bundan öncə Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşdən sonra Tramp bəyan etmişdi ki, ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır.

Nəşr xatırladır ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Avropa ölkələrinin əksəriyyəti Moskvanın neftini birbaşa almağı dayandırıb. Lakin hələ də az miqdarda neft Macarıstana və dənizə çıxışı olmayan Şərqi Avropa ölkələrinə çatdırılır. Bundan əlavə, Avropa ölkələri Hindistan və Türkiyədən dizel yanacağı idxal edir. Bu yanacaq isə əsasən Rusiyadan gətirilən neftin emalı nəticəsində əldə olunur.

Bu səbəbdən Tramp ABŞ-nin NATO-dakı səfiri Mett Vitakerə Avropa üzərində təzyiqi artırmağı tapşırıb. “Onlar Rusiyadan neft alışı dayandırmalıdır. Mett buna uzun müddət icazə verməyəcək”, –ABŞ prezidenti bəyan edib.

Tramp həmçinin bir daha Rusiya prezidenti Vladimir Putinlə bağlı narazılığını ifadə edib. Onun sözlərinə görə, Ukraynadakı müharibə neftin qiymətləri bir qədər də aşağı düşəcəyi təqdirdə sona çata bilər.

Seçilən
10
2
teleqraf.com

3Mənbələr