
"Kəpəz"in baş məşqçisi ilə azarkeşlər arasında gərginlik yaşanıb və azarkeşlər onu istefaya səsləyən şüarlar səsləndiriblər.Azərbaycan Premyer Liqasının 5-ci turunda “Qəbələ”yə 3:0 hesabı ilə uduzan “Kəpəz”in baş məşqçisi Adil Şükürov oyun sonrası azarkeşlərlə yaşanan gərginlik barədə açıqlama verib.Şükürov insidentə münasibət bildirərkən bildirib: “Azarkeşin üstünə getmədim. Tərbiyəsizlik etdilər, mən də cavab verdim. İnsanlar şəxsi məsələlərə toxunmamalıdır. Etikadan kənara çıxmaq olmaz”.Baş məşqçi azarkeşlərin istefa çağırışlarına da toxunub: “Dedim ki, məni harasa göndərmək sizin səlahiyyətinizdə deyil. Yəqin ki, rəhbərlik qərar verəcək və sağollaşacağıq”.Qeyd edək ki, matçdan sonra azarkeşlər baş məşqçiyə qarşı istefa şüarları səsləndirmişdilər.My WebpageR.DaşdəmirovaUlusum.az
Diqqət Çəkənlər
Nikol Paşinyan yenidən hakim partiyanın sədri seçilib
Şəmistan Nəzirli vəfat edib
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib