AZ

Formula 1: Bu gün Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, əsas yarış saat 15:00-da start götürəcək.

Ötən gün sıralama turunda "Red Bull" pilotu Maks Ferstappen birinci olub. "Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub. "Mercedes"dən Andre Kimi Antonelli dördüncü, onun komanda yoldaşı Corc Rassell beşinci pillədə qərarlaşıb.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı səkkiz turnir Azərbaycan Qran-prisi adlanıb.

Seçilən
31
13
fanat.az

9Mənbələr