AZ

20 qat çempion Bond obrazını canlandıra biləcək tennisçiləri açıqlayıb

“Böyük Dəbilqə”nin 20 qat çempionu Rodjer Federer “Laver Cup” iştirakçılarından kimlərin Ceyms Bond roluna uyğun ola biləcəyinə dair gözlənilməz fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, çempion dünya komandasından bu obraza yaxın Aleks de Minorun adını çəkib.

“Dünya komandasında Aleks de Minoru seçərdim... Bir az avstraliya aksenti əlavə edək. O, kortda özünü poker üz ifadəsi ilə aparmağa çalışır. Avropa tərəfindən isə Kobolli və ya Ruudu deyərdim. Mən özüm Bondu oynaya bilərdimmi? Yox, bu isveçrə aksenti heç uyğun gəlməz”, – deyə Federer bildirib.

Qeyd edək ki, “Laver Cup 2025” San-Fransiskoda keçirilir. İlk oyun günündən sonra Avropa seçməsi Dünya komandasına qarşı 3:1 hesabı ilə irəlidədir. Turnir sentyabrın 21-də başa çatacaq.

İdman.biz

Seçilən
18
1
idman.biz

2Mənbələr