AZ

Qazaxıstanın iş adamı “Real” üzərində qələbəyə görə “Kayrat” futbolçularına avtomobil vəd etdi

Qazaxıstanın ən varlı iş admlarından biri olan Tursenqali Alaguzov “Kayrat” futbolçularına hədiyyə vəd edib.

İdman.biz xəbər verir ki, Alaguzov bununla bağlı paylaşım edib.

O bildirib ki, "Kayrat" Çempionlar Liqasının Liqa mərhələsində "Real"a qarşı keçirəcəyi matçda qalib gələrsə, oyunçuların hər birinə avtomobil hədiyyə edəcək: “Əziz qazaxıstanlılar, bu gün – Almatı şəhərinin günü münasibətilə mən də bütün vətənpərvərlər kimi... Bilirik ki, 10 gün sonra sevimli komandamız “Kayrat” “Real Madrid”lə qarşılaşacaq. Buna görə də, respublikanın vətənpərvəri kimi və öz ad günüm ərəfəsində söz verirəm: əgər “Kayrat” qalib gəlsə, meydanda oynayan hər bir futbolçuya avtomobil hədiyyə edəcəyəm".

İş adamı sözlərini vəətənpərvər şüarla tamamlayıb: "Almatı – dünyanın paytaxtı, “Kayrat” – çempion!”.

Qeyd edək ki, “Galanz bottlers” adlı alkoqolsuz içkilər istehsalçısının sahibi olan Alaguzov Qazaxıstanın ən varlı iş adamlarının siyahısında 61-ci yeri tutur. Onun sərvəti 130 milyon dollar dəyərində qiymətləndirilir.

İdman.biz

Seçilən
15
1
idman.biz

2Mənbələr