AZ

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq

Bakı. Trend:

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibimüəyyənləşəcək.

Trend xəbər verirki, Azərbaycan mərhələsinin sonuncu günündə əvvəlcə Formula 2, dahasonra Formula 1 üzrə əsas yarış start götürəcək.

Formula 1-də sıralanma mərhələsinin yekunlarına əsasən, ən yaxşınəticəyə “Red Bull”un sürücüsü Maks Ferstappen imza atıb."Uilyams"da çıxış edən Karlos Sayns ikinci, "Reysinq Bulls"dan LiamLouson üçüncü yeri tutub. Bu turun nəticələrinə əsasən, əsasyarışda pilotların düzülüşü müəyyənləşib.

Formula 2 üzrə sprint yarışında isveçli Dino Beqanoviç (“TGR”)birinci, britaniyalı Luke Brouninq (“TGR”) ikinci, irlandiyalıAleks Dunne (“Rodin”) üçüncü yeri tutub.

Pilotların siyahısında “McLaren”də çıxış edən Oskar Piastri 324xalla liderdir. Onun komanda yoldaşı Lando Norris 293 xalla ikinci,Maks Ferstappen 230 xalla üçüncü yeri tutub.

Konstruktorlar kubokuna isə 617 xalla “McLaren” komandasıbaşçılıq edir. “Ferrari” 280 xalla ikinci, “Mersedes” 260 xallaüçüncü sırada yer alıblar. Sonrakı yerlərdə “Red Bull” (239),“Uilliams” (86), “Aston Martin” (62), RB (61), “Kick Sauber” (55),“Haas” (44), “Alpine” (20) komandaları qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzluavtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilkFormula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışdaalmaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiqolaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (BöyükBritaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika),Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütünrəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar.Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyasısəbəbindən keçirilməyib.

Seçilən
21
13
az.trend.az

10Mənbələr