AZ

Qazaxıstan ən uzun dəvə karvanı üzrə rekord qırdı

Qazaxıstanın Almatı vilayətinin İli rayonunda yerləşən Kurtı kəndi ərazisində 1000 başdan ibarət dəvə karvanı xüsusi hazırlanmış 1 kilometrlik marşrutla keçib.

Publika.az xəbər verir ki, tədbir özəl şirkət tərəfindən milli adət-ənənələrin bərpası, köçəri həyat tərzinə marağın artırılması, turizm sənayesinin stimullaşdırılması və biznesin dəstəklənməsi məqsədi ilə təşkil edilib. Əsas məqsəd dünya rekordu vurmaq olub.

Ginnesin Rekordlar Kitabının nümayəndəsi Riçard Stenninq bu tədbirdə iştirak etmək üçün xüsusi olaraq Böyük Britaniyadan gəlib. O, Qazaxıstanın rəsmi olaraq “Dünyanın ən böyük dəvə karvanı” titulunun sahibi kimi tanınacağını və bütün lazımi rəsmiləşdirmələr tamamlandıqdan sonra müvafiq yazının Ginnesin Rekordlar Kitabına daxil ediləcəyini açıqlayıb.

Seçilən
40
3
publika.az

4Mənbələr