AZ

Lando Norris: “Çempionluq mənim üçün ikinci prioritetdir”

“Maklaren” komandasını təmsil edən britaniyalı “Formula-1” pilotu Lando Norris idmandakı motivasiyasından danışıb.

İdman.biz bildirir ki, bu il 16 yarışdan sonra Norris 293 xalla sürücülər sıralamasında ikincidir. Onun komanda yoldaşı Oskar Piastri 324 xalla birinci yerdədir.

"Mən həyatımdan həzz almaq, əylənmək və bunu başqaları ilə bölüşmək istəyirəm. Bu mənim prioritetimdir. İkinci prioritetim çempionluğu qazanmağa çalışmaqdır", - “Vogue” Norrisdən sitat gətirir.

Norris “Formula-1”də debütünü 2019-cu ildə Avstraliya Qran Prisində edib. O, seriyadakı ilk xalını Bəhreyndə keçirilən ikinci turda qazanıb. Norris həmin il 49 xalla sürücülər sıralamasında 11-ci yeri tutub.

İdman.biz

Seçilən
28
1
idman.biz

2Mənbələr