Trend-in məlumatına görə, bu barədə The Wall Street Journal xəbər yayıb.
Məlumata əsasən, bu tələbat hazırda Amerika aerokosmik şirkətlərinin texniki imkanlarını üstələyir. Məsələn, Texasda yerləşən Firefly Aerospace 2025-ci ilin əvvəlində Aya yalnız 155 kiloqramadək yük daşıya bilən eniş aparatı göndərə biləcək.
Reaktorun çatdırılması üçün həmçinin güclü daşıyıcı raket tələb olunur. Potensial icraçılar sırasında İlon Maskın SpaceX, Ceff Bezosun Blue Origin və United Launch Alliance şirkətlərinin adı çəkilir.
The Wall Street Journal yazır ki, ABŞ 2029-cu ilin sonunadək Ayda nüvə reaktoru quraşdıraraq bu sahədə Rusiya və Çindən irəlidə olmağı hədəfləyir. Bu isə NASA qarşısında çox sıx zaman çərçivəsində olduqca mürəkkəb bir vəzifə qoyur.