AZ

Hans-Diter Flik: “Bu məsələdə gözləmək lazımdır”

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik zədələrini sağaltmaqda olan Lamin Yamal və Aleks Baldenin səhhəti ilə bağlı son məlumatları paylaşıb.

İdman.biz bildirir ki, sentyabrın 21-də "Barsa" La Liqanın 5-ci turunda "Xetafe" ilə qarşılaşacaq.

"Yamalla bağlı məsələdə günbəgün irəliləməliyik. Gözləməliyik, amma o, çox çalışır və onda hər şey əla alınır.
Baldeyə gəlincə, onun vəziyyəti yaxşılaşır və o, tezliklə qayıdacaq”, – Flik deyib.

Yamal ağrılar içində getdiyi İspaniya millisinin düşərgəsindən qayıtdıqdan sonra zədə alıb. Balde sentyabrın əvvəlində aldığı zədədən sağalır.

İdman.biz

Seçilən
12
1
idman.biz

2Mənbələr