AZ

Goranboyda heyvanlar minaya düşüb

Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb.

 

APA-nın məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində, keçmiş təmas xəttində qeydə alınıb.

 

Kənd sakininə məxsus xırdabuynuzlu heyvanlar piyada əleyhinə minaya düşüb.

 

Hadisə nəticəsində heyvanlardan ikisi tələf olub, kənd sakini isə xəsarət almayıb.

 

Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Seçilən
41
17
senzor.az

10Mənbələr