AZ

NASA 15 tonluq eniş aparatına ehtiyac duyur

Bakı. Trend:

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ayanüvə reaktorunun çatdırılması və quraşdırılması üçün 15 ton faydalıyük daşıya bilən eniş aparatına ehtiyac duyur.

Trend-inməlumatına görə, bu barədə The Wall Street Journal xəbər yayıb.

Məlumata əsasən, bu tələbat hazırda Amerika aerokosmikşirkətlərinin texniki imkanlarını üstələyir. Məsələn, Texasdayerləşən Firefly Aerospace 2025-ci ilin əvvəlində Aya yalnız 155kiloqramadək yük daşıya bilən eniş aparatı göndərə biləcək.

Reaktorun çatdırılması üçün həmçinin güclü daşıyıcı raket tələbolunur. Potensial icraçılar sırasında İlon Maskın SpaceX, CeffBezosun Blue Origin və United Launch Alliance şirkətlərinin adıçəkilir.

The Wall Street Journal yazır ki, ABŞ 2029-cu ilin sonunadəkAyda nüvə reaktoru quraşdıraraq bu sahədə Rusiya və Çindən irəlidəolmağı hədəfləyir. Bu isə NASA qarşısında çox sıx zamançərçivəsində olduqca mürəkkəb bir vəzifə qoyur.

Seçilən
22
1
az.trend.az

2Mənbələr