AZ

Alimlər təhlükəli yağlarla bağlı xəbərdarlıq edir

BAKI, 21 sentyabr. TELEQRAF

Perm Politexnika Universitetinin alimləri qida rasionunda istifadə olunan yağlarla bağlı araşdırma aparıb.

Teleqraf xəbər Rusiya KİV-ə istinadən xəbər verir ki, rafinə olunmamış günəbaxan yağı E vitamini və omega-6 turşuları ilə zəngin olsa da, omeqa-3 çatışmazlığında artıq istifadəsi iltihab yaradır.

Rafinə olunmuş yağlarda isə vitaminlər itir, əvəzində transyağlar və kanseroqen maddələr əmələ gəlir. Gün ərzində 3-4 çay qaşığından artıq qəbul təhlükəli hesab olunur.

Mütəxəssislər qızartma üçün avokado, xardal və fıstıq yağını tövsiyə edir. Palma yağı az miqdarda təhlükəsiz sayılsa da, keyfiyyətsiz məhsullar xərçəng riski daşıyır.

Sağlamlıq üçün ən faydalı yağlar kimi alimlər zeytun, hindqozu, kətan və qoz yağını göstəriblər. Onlar gündəlik təhlükəsiz normanı 20–30 qram hesab edir, normadan artıq istifadənin piylənmə və maddələr mübadiləsi pozğunluqlarına gətirib çıxardığını bildiriblər.

Seçilən
27
teleqraf.com

1Mənbələr