AZ

Bakıda dəhşətli qəza – qorxunc görüntülər

Ziya Bünyadov prospektinin Dərnəgül istiqamətində avtomobil qəzası baş verib.

Hadisə ilə bağlı video görüntülər Musavat.com-un oxucuları tərəfindən redaksiyamıza göndərilib.

Şahidlərin sözlərinə görə, videoda əks olunan ağ avtomobil əvvəlcə piyadanı vurub, daha sonra isə tunelin baryerinə və divarına çırpılıb.

Hadisə nəticəsində həlak olan və ya xəsarət alan şəxslərlə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Video görüntüləri təqdim edirik:

Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr