AZ

Paşinyandan Ağrı dağı etirafı: "Ermənilərin çoxu onun Türkiyə ərazisində olduğunu dərk etmir"

Ermənistanın baş naziri Nikol Paşinyan erməni uşaqların Ağrı dağının ərazi mənsubiyyəti barədə məlumatsız olmalarından danışıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

"Mən uşaqlardan Ermənistanda ən hündür dağın hansı olduğunu soruşdum. Uşaqların 70%-i Ararat (Ağrı dağı - red.) cavabını verdilər. Onlar bu dağın Ermənistan ərazisində olmadığını belə bilmirlər. Hətta bizimlə, ermənilərlə ünsiyyətdə olan bir çoxları da bunu bilmir, çünki biz bunu belə təqdim edirik. Onlar sonradan təəccüblənirlər ki, məgər bu dağ Ermənistan ərazisində yerləşir? Belə halda bizim barəmizdə nə düşünürlər?" - deyə baş nazir bildirib.

Paşinyan vurğulayıb ki, bir çox erməni, o cümlədən də yaşlılar Ağrı dağının Türkiyə ərazisində olduğunu dərk etmir.

Seçilən
3
3
qaziler.az

7Mənbələr