Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi, Kit Kelloq bildirib ki, Ukraynada sülhə nail olmaq üçün atəşkəs vacibdir.APA xəbər verir ki, Kelloq bu fikirləri lord Maykl Eşkroftla müsahibəsində səsləndirib.Onun sözlərinə görə, əgər Rusiya prezidenti Vladimir Putin bu addımı atsa, sonradan hərbi əməliyyatları bərpa etməsi çətin olacaq.
O əlavə edib ki, şəxsi mövqeyinə görə ən yaxşı variant atəşkəsdir, lakin Donald Tramp sülh sazişi əldə etmək istəyir.
“Putin hələlik bunu istəmir. O düşünür ki, hərbi yolla qələbə qazana bilər, mən isə belə hesab etmirəm”, – deyə Kelloq vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.